"Real"ın sabiq prezidenti koronavirusdan öldü

"Real"ın sabiq prezidenti koronavirusdan öldü
Madrid "Real"ının koronavirusa yoluxan sabiq prezidenti Lorenso Sans dünyasını dəyişib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, bir həftə öncə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri dünən həyatla vidalaşıb.
Qeyd edək ki, Sans 1995-2000-ci illər aralığında Madrid klubunun başqanı olub. Klub onun rəhbərliyi ilə 2 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya Çempionluğu, 1 dəfə La Liga çempionluğu və 1 dəfə İspaniya Superkubokunu qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər