"Real"ın qapıçısı özünə yeni klub tapdı

"Real"ın qapıçısı özünə yeni klub tapdı

Ukrayna millisinin qapıçısı Andrey Lunin növbəti mövsümü "Real Madrid"də qalmaq istəmir. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” sosial şəbəkə hesabında paylaşıb edib. 

Mənbənin məlumatına görə, Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının final oyununda meydana çıxmamasından narazı olan qapıçı cari transfer pəncərəsi dövründə klub qeydiyyatını dəyişmək qərarına gəlib. Luninin oynamaq istədiyi komanda da bəllidir. Andrey Madridin başqa bir top klubuna - "Atletiko"nun sıralarına qoşulmaq istəyir. "Atletiko" qapıçını 25 milyon avroya almağa hazır olsalar da, “Real” ən azı 40 milyon avro almaq istəyir.

25 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 12 dəfə qapısını toxunulmaz saxlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər