"Real"ın prezidenti Ramosu niyə göndərdiklərini dedi

"Real"ın prezidenti Ramosu niyə göndərdiklərini dedi
Madrid "Real"ının prezidenti Florentino Peres Serxio Ramosun komandadan getməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "El Transistor" klub başqanının söylədiklərini belə çatdırıb:
"O, "Real"ın əfsanəsidir. Bu barədə demək olar, hamı danışıb. Öz versiyamı nəql etmək fikrindən uzağam. Biz ona təklifin də müddətinin olduğunu bildirmişdik. Təssüf ki, fərqli düşündü".
Daha öncə 35 yaşlı Ramos uzun danışıqlardan sonra "Real"ın 1 illik yeni anlaşma təklifini qəbul etdiyini, ancaq klub rəhbərliyindən təklifin müddətinin bitdiyi ilə bağlı qəribə cavab aldığını açıqlamışdı.
Atilla  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər