“Real”ın oyunu azarkeşsiz keçiriləcək

“Real”ın oyunu azarkeşsiz keçiriləcək

Noyabrın 2-də Çempionlar Liqasının IV turu çərçivəsində keçiriləcək “Legia” – “Real” görüşünə azarkeş buraxılmayacaq. Fanat.Az xəbər verir ki, buna səbəb Polşa klubunun UEFA tərəfində cəzalandırılmasıdır.

“Legia” ilk turda Dortmund “Borussiya”sı ilə oyunda qonaqların tribunasına girməyə cəhd edən, matç zamanı qarışıqlıq salan və meydançaya pirotexniki maddələr atan fanatlarının güdazına gedib.

Polşa klubu növbəti ev oyununu azarkeşsiz keçirməklə yanaşı, 80 min avro  cərimə də ödəyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər