"Real"ın oyunçuları niyə bir-birlərinə "ata-oğul" deyə müraciət edirlər? - SƏBƏB

"Real"ın oyunçuları niyə bir-birlərinə "ata-oğul" deyə müraciət edirlər? - SƏBƏB
"Real"ın vinqeri Rodriqo Luka Modriçlə bağlı maraqlı xatirəsini bölüşüb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Rodriqo 34 yaşlı Modriçə "ata" deyə xitab etməsinin səbəbini açıqlayıb:
"Modriç atamın 35 yaşı olduğunu öyrənəndə buna inana bilmirdi. Sonra mənə atamla yaşıd olduğunu və bu səbəbdən ona hörmət etməli olduğumu dedi. O gündən bəri mən onu "ata", o isə məni "oğul" deyə çağırır".
Qeyd edək ki, Rodriqonun 19 yaşı var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər