"Real" futbolçuları komandanın 2019-20 mövsümündə qazanacağı titullara görə veriləcək pul mükafatlarından imtina etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "El Chiringuito"nun efirində jurnalist Eduardo İnda bu barədə fikir səsləndirib. Onun sözlərinə görə, oyunçular koronavirus pandemiyasının yaratdığı maddi problemlər fonunda kluba dəstək olmaq üçün bonuslardan imtina edəcəklər.
34 turdan sonra ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayan Madrid təmsilçisi La Liqada liderdi. Çempionlar Liqasında isə "Real" avqust ayında "Mançester Siti" ilə 1/8 finalın cavab qarşılaşmasına çıxacaq. İlk oyunda "şəhərlilər"in 2:1 hesablı qələbəsi qeydə alınıb.
Fanat.Az