"Real"ın müdafiəçisi İtaliya nəhəngindən belə təklif aldı

"Real"ın müdafiəçisi İtaliya nəhəngindən belə təklif aldı

"Real Madrid"in müdafiəçisi Naço Fernandes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı " El Larguero" yayıb. 

Xəbərə görə, onun xidmətində "İnter" maraqlıdır. Mənbə "qara-göylər"in Naçoya 3 illik müqavilə, start "11-lik"də yer və "Real"da qazandığından daha çox əməkhaqqı təklif etdiyini vurğulayıb. Sözügedən futbolçunun PSJ-yə keçəcəyi gözlənilən Milan Şkrinyarın yerini tutmaq üçün heyətə cəlb ediləcəyi bildirilib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Naço cari mövsüm La Liqada 26 matç keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər