"Real"ın keçmiş oyunçusu ağır qəza keçirdi

"Real"ın keçmiş oyunçusu ağır qəza keçirdi

"Real Madrid"in keçmiş yarımmüdafiəçisi Freddi Rinkon ağır qəza ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb.

O, avtomobil qəzası keçirərək ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Mənbənin məlumatına görə, Rinkonun olduğu avtomobil bu gün Kalidə (Kolumbiya) avtobusla toqquşub. O, hazırda reanimasiyadadır. Avtobus sürücüsü və sərnişinlərdən də bəzisi xəstəxanaya aparılıb.

“Freddi Rinkonun vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun başından ciddi xəsarətlər var, əməliyyat olunacaq”, - deyə "Imbanaco" xəstəxanasının baş həkimi Laureano Quyintero bildirib.

Rinkon 1995-1996-cı illərdə "Real Madrid"də çıxış edib. Keçmiş yarımmüdafiəçi 1986-2004-cü illər arasında davam edən karyerası ərzində "Napoli", o cümlədən, Kolumbiya və Braziliya klublarında çıxış edib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinə çağırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər