"Real"ın kapitanı "Qalatasaray" yolunda - ŞOK İDDİA

"Real"ın kapitanı "Qalatasaray" yolunda - ŞOK İDDİA
Daha bir dünya ulduzu karyerasını "Qalatasaray"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
İddia olunur ki, "Real"da müqaviləsi mövsümün sonunda başa çatacaq Serxio Ramosla klub rəhbərliyi arasındakı danışıqlar müsbət nəticələnməyib. Tərəflər yenə də yeni anlaşmanın detallarını razılaşdıra bilməyib.
"Fotomaç" yazır ki, bundan sonra Ramosun meneceri futbolçunu "Qalatasaray"a təklif edib. İstanbul klubu hələlik onun təklifinə cavab verməyib.
Qeyd edək ki, Ramos 2005-ci ildə "Sevilya"dan "Real"a 27 milyon avroya transfer olunub. Kapitan indiyədək komandanın heyətində 22 kubok qazanıb. Mərkəz müdafiəçisi 2005-ci ildən İspaniya millisində çıxış edir. Bu müddətdə Avropa çempionluğunu (2008, 2012), dünya çempionluğunu (2010), FIFA Konderasiyalar Kubokunun bürünc (2009) və gümüş (2013) medallarını qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər