"Real"ın indiki heyəti ötənmövsümkündən üstündür" - Karlo Ançelotti

"Real"ın indiki heyəti ötənmövsümkündən üstündür" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona" ilə ABŞ-da keçirdikləri sınaq matçını (0:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:

"Bərabər səviyyəli oyun oldu. Yeni futbolçulara şans verdim ki, komandanın oyun üslubuna uyğunlaşsınlar. Güclü rəqiblərlə qarşılaşmaqdan xoşum gəlir. Oyunun əvvəllərində istədiyimiz kimi mübarizə apara bilmədik. Əlbəttə, Kazemiro, Kroos və Modriçin timsalında təcrübəliləri meydana buraxırsansa, işin daha asan olacaq. Ancaq mən gənclərin necə təsir bağışlayacağını görməliydim. Müdafiədəki çıxışımız ürəyimcə oldu. 

Seçim imkanımız çoxdur. Geniş və rəqabətədavamlı heyətimiz var. "Real"ın indiki heyəti ötənmövsümkündən üstündür. Məşqlərimizi intensivləşdirmişik. İşləməyə davam edirik".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər