"Real"ın hücumçusu "Mançester Yunayted"ə keçir - SON DURUM

"Real"ın hücumçusu "Mançester Yunayted"ə keçir - SON DURUM
"Mançester Yunayted" "Real Madrid"in cinah hücumçusu Vinisius Junioru heyətinə qatmaq istəyir.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, tərəflər hazırda bu yöndə danışıq aparır.
"Qırmızı şeytanlar" Madrid təmsilçisinin tələb etdiyi 80,4 milyon avro avronu ödəməyə hazır olmasa da, oyunçunu icarəyə götürmək variantı da müzakirə edilir.
Belə ki, PSJ-nin forvardı Kilian Mbappeni rənglərinə bağlamağı hədəfləyən "Real" rəhbərliyi braziliyalı hücumçunu MY-yə verərək maliyyəyə qənaət etməyi planlaşdırır.
 
Qeyd edək ki, daha öncə həm İspaniya, həm də İngiltərə mətbuatında "Real Madrid"in müdafiəçisi Rafael Varanın da 50 milyon avroya "Mançester Yunayted"ə satılacağı ilə bağlı informasiyalar yayılmışdı.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər