"Real"ın hücumçusu ilk dəfə bunu bacardı

"Real"ın hücumçusu ilk dəfə bunu bacardı

"Real Madrid"in hücumçusu Vinisius Junior La Liqanın 36-cı turunda - "Levante" ilə ev matçında (6:0) 3 qol vurub. 

Fanat.Az xəbər verir ki, bu, həmin görüşdə məhsuldar ötürmə ilə də yadda qalan braziliyalının peşəkar karyerasındakı ilk het-trik olub.

Bu mövsüm "Real" formasıyla bütün turnirlərdə 50 oyuna çıxan Vinisius 21 qol və 15 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər