Xəbər verdiyimiz kimi, "Real" Eden Hazardın transferini "Çelsi" ilə razılaşdırıb. Anlaşmaya əsasən, belçikalı ulduzun "Kral Klubu"na keçidi yayda baş tutacaq.
Fanat.Az xəbər verir ki, "Çelsi"nin bu transfer üçün 170 milyon avro tələb etdiyi bildirilir. Lakin "Real" London klubuna 100 milyon avro verəcək. Bundan başqa isə Mateo Kovaciç və ya Marko Asensiodan birini təklif edəcək. Onlardan birini seçmək hüququ "Çelsi"nin olacaq.
Fanat.Az