"Real"ın geridönüşünə Messinin reaksiyası - VİDEO

"Real"ın geridönüşünə Messinin reaksiyası - VİDEO

"Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero PSJ-nin ulduzu Lionel Messinin "Real Madrid"in Çempionlar Liqasının 1/2 finalında - "Mançester Siti" ilə ev oyununda geridönüşünə (3:1, 6:5 - ümumi hesab) reaksiyasından danışıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı Aquero "YouTube" kanalında Karlos Tevezlə yayımlanan videoda "Real Madrid" - "Mançester Siti" matçı zamanı Messidən gözlənilməz mesaj aldığını bildirib.

“Dayan! Leo mənə mesaj yazır: “Bu dəhşəti dayandır... Burada nə baş verir? Mən buna inana bilmirəm. Özümə gələ bilmirəm!”, - deyə Aquero Messinin “Real Madrid”in oyununa reaksiyası haqda danışıb.

Tevez isə cavabında Aqueroya: "Bu inanılmazdır, hər oyunu belə qazanmaq mümkün deyil", -  deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid”in heyətində Rodriqo dubla imza atıb, Kərim Benzema isə əlavə vaxtda penaltidən fərqlənib.

"Mançester Siti"nin yeganə qolunu isə oyunun 73-cü dəqiqəsində Riad Mahrez vurub.

2022 Çempionlar Liqasının finalı mayın 28-də Parisdə - "Stad de Frans"da keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər