"Real"ın ən yaxşısı seçildi, mükafatına qovuşdu

"Real"ın ən yaxşısı seçildi, mükafatına qovuşdu

"Real"da son mövsümün ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.

Fanat.Az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, Kərim Benzema Madrid klubunun ən yaxşısı seçilib. Ərəb forvard azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən birinci olub.

Fransa millisinin sabiq hücumçusuna Mahou Cinco Estrellas mükafatı verilib.

Qeyd edək ki, Benzema son mövsümdə çıxdığı 53 matçda 30 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər