"Real"ın əfsanəsi Ronaldunun klubunda - RƏSMİ

"Real"ın əfsanəsi Ronaldunun klubunda - RƏSMİ

İspaniyanın və "Real Madrid"in sabiq futbolçusu Fernando Yerro karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, ispaniyalı “Əl-Nəsr”in idman direktoru təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Tərəflər arasında imzalanmış müqavilənin təfərrüatları açıqlanmır. 

Yerli mətbuat Fernandoya dəvətin təşəbbüskarı kimi komandanın ulduzu Kriştianu Ronaldunu gostərir. 39 yaşlı portuqaliyalı Yerronun "Əl-Nəsr"i növbəti səviyyəyə çıxara biləcəyinə inanır. 

Funksionerin son iş yeri Meksika "Qvadalaxara"sında eyni vəzifə olub. 

Xatırladaq ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanında Pro Liqanı ikinci yerdə başa vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər