"Real"ın bu təklifi Ramosu qane etmir

"Real"ın bu təklifi Ramosu qane etmir
Madrid "Real"ı müdafiəçisi Serxio Ramosa 1+1 sxemi ilə yeni müqavilə təklif edib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, paytaxt klubunun təklifi 34 yaşlı kapitanı qane etmir.
Ramos ən azı 2 illik anlaşma istəyir və bu üzdən tərəflər razılığa gələ bilmir. Daha öncə PSJ-dən mövsümlük 16,8 milyon əməkhaqqı ilə 3 illik sözləşmə çağırışı alan stopperin komandasını dəyişmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2005-ci ildən "Real"da çıxış edən Ramosun müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər