"Real"ın baş məşqçisi rəsmən açıqlandı

"Real"ın baş məşqçisi rəsmən açıqlandı
"Real”ın yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
İspaniyalı çalışdırcı dünya çempionatından sonra "Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.
Qeyd edək ki, Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb. 
İspan çalışdırıcı futbolçu karyerası ərzində "Real", "Las Palmas", "Loqrones", "Barselona" və "Real Vallekano" klublarında oynayıb. O, "Real"la La Liqanın, "Barselona" ilə İspaniya Super Kubokunun qalibi olub. İspaniya U-20 yığması ilə 1985-ci ildə dünya çempionatının gümüş medalını qazanan Xulen Lopeteqi ölkənin əsas millisində 1, Bask yığmasında 3 oyun keçirib.
Məşqçiliyə İspaniyanın U-17 yığmasında köməkçi olaraq başlayan mütəxəssis "Rayo Vallekano"nu çalışdırdıqdan sonra "Real"ın B komandasına başçılıq edib. Daha sonra İspaniyanın U-19, U-20 və U-21 yığmalarını çalışdırıb. U-19 onu rəhbərliyi altında 2012, U-21 2013-ü ildə Avropa çempionu olub. Mütəxəssis 2014-2016-cı illərdə "Portu"ya rəhbərlik edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər