"Real" Kay Havertsin transferini "Bayer"lə razılaşdıra bilmir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Real" Havertsə görə 80 milyon avro təklif etsə də, rədd cavabı alıb. Madrid klubu 20 yaşlı futbolçunun növbəti mövsümü icarə əsasında "aspirinlər"in heyətində keçirməsinə razı imiş.
"Bayer"in Haverts qarşılığında 100 milyon avro tələb etdiyi bildirilir.
Cari mövsüm Bundesliqada 26 matçda meydana çıxan alman yarımmüdafiəçinin aktivində 11 qol, 5 məhsuldar ötürmə var.
Fanat.Az