"Real Madrid"in mərkəz müdafiəçisi Eder Militaonun meydana dönəcəyi təxmini tarix məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə məşhur AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, dizindəki çarpaz bağ yırtıldığı üçün ötən ilin avqustundan bəri oynamayan 26 yaşlı braziliyalının aprelin 13-də La Liqada "Malyorka" ilə matçda meydana çıxacağı gözlənilir.
Beləliklə, Militao İspaniya çempionatında "Atletik"lə oyunu və Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə ilk dueli də buraxacaq.
Mirağa