Qaret Beyl "Real"dakı karyerasından narazıdı.
Fanat.Az xəbər verir ki, uelsli ulduz "Liverpul"la Çempionlar Liqasının final oyununda start heyətində yer almamasından narazılıq edib.
"Açığı start heyətində yer almamaq mənim üçün xəyal qırıqlığı oldu. Oynamağı haqq etdiyimi düşünürəm. Amma kimin oynayacağına baş məşqçi qərar verir. Meydana çıxdıqdan sonra ən yaxşısını etməyə çalışıram" deyə Beyl bildirib.
Ulduz futbolçu "Real"dan ayrıla biləcəyini deyib: "Həftədə iki oyun keçirməyə ehtiyaım var. Amma bu mövsüm oynaya bilmədim. 5-6 həftə zədəli oldum. Ondan öncə əla vəziyyətdə idim. Daha artıq oynamalıyam. Transfer dönəmində menecerimlə danışacam. Bəlkə qalaram, bəlkə də gedərəm".
Qeyd edək ki, "Real"ın 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya aldığı Beyl "Liverpul"la oyunda 2 qol vuub.
Fanat.Az