"Real"ın 101 milyon avroluq ulduzuna Çindən təklif

"Real"ın 101 milyon avroluq ulduzuna Çindən təklif
"Real"ın futbolçusu Qaret Beyl karyerasını Çində davam etdirə bilər.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçiyə bu ölkənin "Şanxay Şenxua” klubundan təklif gəlib. "Real" çinlilərlə razılığa gələ bilsə, uelsli ulduz qış fasiləsində Asiya ölkəsinə üz tutacaq.
Qeyd edək ki, "Real" Beyli 2013-cü ilin yayında "Tottenhem”dən həmin dövr üçün rekord məbləğ sayılan 101 milyon avroya alıb. Hazırda "Transfermarkt" yarımmüdafiəçiyə 60 milyon avro qiymət qoyub. O, cari mövsümdə İspaniya təmsilçisinin heyətində iştirak etdiyi 7 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. 
Beyl yayda Çinin "Tszyansu Sunin” klubuna illik 22 milyon avro maaş qarşılığında keçməyə yaxın olsa da, son anda sövdələşmə baş tutmamışdı. Buna səbəb "Real"ın Çin təmsilçisindən transfer haqqı tələb etməsi olmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər