"Real"dan son 32 ilin ən yaxşı göstəricisi

"Real"dan son 32 ilin ən yaxşı göstəricisi
"Real" La Liqanın 34-cü turu çərçivəsində oynanılan matçda səfərdə "Atletik"i 1:0 hesabı ilə məğlub edib.
34 turdan sonra "Real" qapısında 21 qol görüb. Fanat.Az La Liqanın "Twitter" hesabına istinadən xəbər verir ki, bu, son 32 il ərzində Madrid klubunun ən yaxşı göstəricisidi.
"Real" 1987-88 mövsümündə 34 çempionat oyununda toplam 20 qol buraxmışdı.
Qeyd edək ki, "kral klubu" La Liqada liderdi. Zinəddin Zidanın yetirmələri "Barselona"nı 4 xal qabaqlayır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər