"Real Madrid"in yarımmüdafiəçisi İsko bu yay "Real Betis"ə keçə bilər.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, seviliyalılar vingerə 2 illik müqavilə təklif ediblər.
Komandanın baş məşqçisi Manuel Pelleqrini futbolçunu "Malaqa"dan tanıyır və buna görə də onun transferində təkid edir. İskonun Madrid klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.
Ümumilikdə İsko "Real Madrid"in heyətində 350 matçda 53 qol vurub və 56 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi komanda ilə 17 kubok qazanıb.
Mirağa