"Real"dan qovulan məşqçi A Seriyasında?

"Real"dan qovulan məşqçi A Seriyasında?
İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopetegi İtaliya "Roma"sına rəhbərlik edə bilər. 
Fanat.Az xəbər verir ki, 52 yaşlı ispaniyalı mütəxəssis paytaxt təmsilçisinin baş məşqçi postuna namizəddi. Klub rəhbərliyi həmçinin Çinin "Tyantszin Tsyuantszyan” komandasından ayrılan Paulu Souza və İspaniya "Sevilya"sının sabiq baş məşqçisi Vinçentso Montellanı nəzərdən keçirir. 
Qeyd edək ki, Xulen Lopetegi bu il Rusiyada keçirilmiş dünya çempionatını ərəfəsində "Real Madrid"lə müqavilə bağladığı üçün İspaniya millisindən qovulub. Madrid klubu uğursuz nəticələrdən sonra oktyabrda onun müqaviləsinə xitam verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər