"Real"dan Neymar üçün fantastik təklif

"Real"dan Neymar üçün fantastik təklif
"Barselona"ya dönüşü müzakirə olunan Neymar "Real"ın da maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, "L'Equipe" nəşri "Kral Klubu"nun braziliyalı ulduz üçün etdiyi təklifi açıqlayıb. İddia olunub ki, ispanlar Neymra üçün PSJ-yə 100 milyon avro ilə yanaşı, 3 futbolçu Keylor Navas, Qaret Beyl və Xames Rodrigesi təklif edib. Amma Fransa klubu bu təklifi də qəbul etməyib.
Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub. Onun klubla 2022-ci ilədək müqaviləsi var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər