"Real" iki futbolçu üçün təklif göndəməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bunlardan biri "Mançester Siti"nin ulduzu Rahim Sterlindi. "Kral Klubu"nun İngiltərə təmsilçisinə Qaret Beyl və 80 milyon avro təklif edəcəyi deyilir.
"Real"ın istədiyi digər futbolçu Dortmund "Borussiya"sından Yadon Sançodu. Madrid klubunun 19 yaşlı futbolçu üçün almanlara 120 milyon avro təklif edəcəyi bildirilir.
Fanat.Az