Serxio Reqilon bu yay "Real"dan ayrılacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Reqilon daha çox oyun təcrübəsi qazanacağı klubda oynamaq istəyir. Bu səbəbdən də 23 yaşlı futbolçu ayrılmaq qərarına gəlib.
Reqilon 2019-2020 mövsümünü icarə əsasında "Sevilya"da keçirib. 33 matçda meydana çıxan ispan müdafiəçinin aktivində 1 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az