"Real"da ölmək istəyirəm" - Eduardo Kamavinqa

"Real"da ölmək istəyirəm" - Eduardo Kamavinqa

"Real"ın formasını geyinmək fəxrdir. Nəinki karyeramı bu klubda bitirmək, hətta "Real"da ölmək istəyirəm".

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, bunu İspaniya nəhənginin 21 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa deyib.

Fransalı futbolçu Ronaldudan ilham aldığını da açıqlayıb: "Real"da oynamaq hər kəsin arzusudur. İşdir, nə vaxtsa baş məşqçi mənə qapıçı mövqeyində oynamağı tapşırsa, dərhal razılaşaram. Məni bu klubda oynamış Kriştianu Ronaldu kimi əfsanəvi futbolçular ilhamlandırır. Onların məşq prosesini təkrarlamağa çalışıram. Məqsədim "Real"da bütün titulları qazanmaqdır".

Qeyd edək ki, Kamavinqa Madrid təmsilçisinə 2021-ci ildə "Renn"dən transfer olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər