"Real"a Vinisius şoku - Uzun müddət oynaya bilməyəcək

"Real"a Vinisius şoku - Uzun müddət oynaya bilməyəcək

"Real Madrid"in vingeri Vinisius Junior 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Mario Kortexana yayıb. 

Mənbənin məlumatına görə, Braziliya millisinin futbolçusunun zədəsi ciddidir.  Vinisiusun bud əzələsi yırtılıb. 

Beləliklə, Vinisius 2023-cü ilin qalan hissəsini buraxacaq və bu müddət ərzində "Real Madrid"ə kömək edə bilməyəcək.

Bu mövsüm ulduz futbolçu İspaniya çempionatında 14 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib. 23 yaşlı braziliyalı "Real Madrid"də altıncı mövsümünü keçirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər