"Real"a qayıtmaq istəmir

"Real"a qayıtmaq istəmir
"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqor mövsümün sonunda "Real"a qayıtmaq niyyətində deyil.
Fanat.Az "Noticias de Gipuzkoa"ya istinadən xəbər verir ki, Edeqor daha bir mövsüm "Real Sosyedad"da qalmaq istədiyini Madrid klubunun nəzərinə çatdırıb. 21 yaşlı futbolçu La Liqada daha çox oyun təcrübəsi əldə etdikdən sonra gücünü "Real"da sınamağı planlaşdırır.
Daha əvvəl "Real"ın San-Sebastyan təmsilçisi ilə icarə müqaviləsinə xitam verməyi planlaşdırdığına dair xəbərlər yayılmışdı.
Edeqor 2015-ci ildən "kral klubu"na məxsusdu. Cari mövsümdə Primeroda 23 matçda meydana çıxan norveçli yarımmüdafiəçinin aktivində 4 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər