Solarini baş məşqçi postuna gətirən "Real" qış transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır. Hər ötən gün "Kral Klubu"nun transfer etmək istədiyi iddia olunan futbolçuların adları açıqlanır.
Fanat.Az xəbər verir ki, bunlardan biri "Mançester Yunayted"dən Markus Reşforddu. İddialara görə, İngiltərə klubundan ayrılmaq istəməyən 21 yaşlı futbolçu artıq fikrini dəyişib. Buna səbəb isə heyətə düşə bilməməsidi. Belə ki, baş məşqçi Joze Mourinyo ona 12 Premyer Liqa matçından cəmi 5-də start heyətində şans verib.
Məlumata görə, "Real" rəsmiləri son olaraq Reşfordu İngiltərə - Xorvatiya matçında izləyib. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu üçün ispanlar "Mançester Yunayted"ə 50 milyon funt-sterlinq (56,4 milyon avro) təklif edir.
Fanat.Az