"Real"a dörd qol vuracağım heç vaxt ağlıma gəlməzdi"

"Real"a dörd qol vuracağım heç vaxt ağlıma gəlməzdi"

“Jirona”nın argentinalı hücumçusu Valentin Kastelyanos İspaniya La Liqasının 31-ci turunda “Real Madrid”i (4:2) oyundan sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, AS nəşri bu görüşdə komandasının bütün qollarına imza atan Kstelyanosun dediklərini belə çatdırıb:

“Xəyallar axşamı idi. Dünyanın ən yaxşı komandalarından birinə, ən yaxşı futbolçularından bir neçəsinə qarşı oynadıq və parlaq qələbə qazandıq. "Real”a qol vurmaq xəyal idi, amma onlara dörd qol vuracağım heç vaxt ağlıma gəlməzdi. Qələbə qazandığımız üçün çox şadam".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər