"Real" yenidən dünyanın ən yaxşısıdı

"Real" yenidən dünyanın ən yaxşısıdı
Klublararası dünya çemponatının qalibi müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, final İspaniya "Real"ı turnirin ev sahibi olan Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubu ilə qarşılaşıb.
Matçı ispanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Luka Modriç, Markos Llorente və Serxio Ramos fərqlənib. İspaniya təmsilçisi həmçinin Yahya Nadirin avtoqoluna sevinib. "Əl-Ayn"ın təsəlli qoluna isə Tsukasa Şiotani imza atıb.
Qeyd edək ki, "Real" 4-cü dəfə klublararası dünya çempionatının qalibi olub (2014, 2016, 2017, 2018). "Kral Klubu" bu göstəricidə rekordçudu. İkinci pillədəki "Barselona" 3 dəfə bu kuboka sahib çıxıb.
Ona da qeyd edək ki, klublararası dünya çempionatının üçüncü yer uğrunda oyununda Argentinanın "River Pleyt" klubu Yaponiya təmsilçisi "Kasima Antlers"ə 4:0 hesabı ilə qalib gəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər