"Real" yeni sponsorla anlaşdı

"Real" yeni sponsorla anlaşdı

"Real Madrid" klubu özünə yeni sponsor tapıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Kral klubu" HP ilə sponsorluq müqaviləsi imzalayıb. 

Bu əməkdaşlıq sayəsində klubun xəzinəsi hər il 70 milyon avro ilə doldurulacaq ki, bu da yaxınlarda "Santyaqo Bernabeu"nun yenidən qurulması üçün götürülən 375 milyon avroluq kreditin ödənməsinə yönəldiləcək. 

Hazırda "Real" 54 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Lider "Jirona" ilə fərq cəmi bir xaldır. “Kral klubu” bir oyun az keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər