"Real" yemək biznesinə girişdi

"Real" yemək biznesinə girişdi

İspaniya nəhəngi "Real" klubun adını daşıyan restoranlar şəbəkəsini işə salmaq qərarına gəlib. 

Fanat.Az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, "fastfud" restoranları şəbəkəsi "UNO by Real Madrid" adlanır. 

Bu layihə daşınmaz əmlak sahəsində ixtisaslaşmış "San Pablo" şirkətlər qrupu ilə həyata keçirilir. İlk müəssisə Meksikada açılıb. Meksikalılar restoranda “kral klubu"nun oyunlarını da izləyə biləcəklər.

Karlo Ançelottinin komandası növbəti matçını “Atletiko”lə keçirəcək. Madrid derbisi bazar günü, sentyabrın 24-də keçiriləcək.

La Liqanın beş turundan sonra "Real" 15 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər