"Real" yarımmüdafiəçisini icarəyə verdi - RƏSMİ

"Real" yarımmüdafiəçisini icarəyə verdi - RƏSMİ
"Real” 19 yaşlı yapon yarımmüdafiəçisi Takefusa Kubonu yenidən icarəyə verib.
 
Fanat.Az-ın məlumatına görə, asiyalı futbolçu mövsümün qalan hissəsini "Xetafe”də keçirəcək.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsinin müddəti yarım ildir.
 
Qeyd edək ki, yapon yarımmüdafiəçi 2019-cu ildə azad agent kimi "Real"a keçib. O, bu mövsümün ilk yarısını icarə əsasında "Vilyarreal"da keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər