“Real” yarımfinalda!

“Real” yarımfinalda!

İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

“Valensiya” evdə “Atletik”ə məğlub olub. “Real” isə Madrid derbisində “Atletiko”nu əlavə vaxtda üstələyib.

Daha öncə “Barselona” və “Osasuna” da yarımfinala vəsiqə qazanmışdılar.

Yarımfinal cütləri bu gün keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

İspaniya kuboku 1/4 final 25 yanvar

Barselona – Real Sosyedad 1:0 Qol: Dembele, 52.

Osasuna – Sevilya 2:1 Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.

26 yanvar

Valensiya – Atletik 1:3 Qol: De Markos, 43-öz qapısına – Muniain, 35. N.Uilyams, 45. Vesqa, 74-pen.

Real – Atletiko 3:1 Qol: Rodriqo, 79. Benzema, 104. Vinisius, 120+1 – Morata, 19.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər