"Real" və PSJ-nin keçmiş ulduzu karyerasını Braziliyada davam etdirəcək

"Real" və PSJ-nin keçmiş ulduzu karyerasını Braziliyada davam etdirəcək

Braziliyanın "Koritiba" klubu hücumçu Xose Rodrigesi transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı ispaniyalı forvard yeni klubuna azad agent kimi keçib.

Xosenin son klubu "Sampdoriya" olub. O, bu yay müqavilənin müddəti bitdikdən sonra onu tərk edib. Xose daha əvvəl "Betis", "Sportinq", "Real Madrid", PSJ və "Stok Siti" klublarında çıxış edib.

Təcrübəli forvarf 2022/2023 mövsümündə İtaliya çempionatında 11 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər