"İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyə çalışan "Barselona" çətinliklə üzləşib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Barselona" digər klubların Martines uğrunda aktiv mübarizəyə qoşulacağından qorxur. Çünki bu, yekunda argentinalı futbolçunun dəyərinin daha da artmasına səbəb ola bilər.
Katalon klubu xüsusilə də "Real" və "Mançester Yunayted"dən ehtiyatlanır. Sözügedən klublar Martinesin xidmətində maraqlıdılar.
"İnter" 22 yaşlı forvardı bu yay satmağı planlaşdırmır. Bu səbəbdən indiki vəziyyətdə "Barsa"nın təzminat məbləğini - 111 milyon avro - ödəməkdən başqa çıxış yolu yoxdu. "Blauqrana" daha öncə bir neçə oyunçusunu "barter" variantı kimi qarşı tərəfə təklif etsə də, "yox" cavabı alıb.
Martinesin "Barselona"da oynamaq istədiyi bildirilir.
Fanat.Az