“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytıı məlumat yayıb. Futbolçunun sağ bud sümüyünün vətərində zədə olduğu bildirilir.
26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Futbolçunun sağalma vaxtı hələ açıqlanmayıb. O, təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Sebalyos 2022/23 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib. Mirağa