İspaniya La Liqasının 15-ci turunda “Real” öz meydanında “Deportivo”nu 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Kral klubu”nun bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyası 35-ə çatıb. Bu isə klub tarixində yeni rekorddur.
Buna qədər “Real”ın ən uzun məğlubiyyətsiz oyunlar seriyası 34 olub. Bu nəticə 1989-cu ildə Leo Benhakkerin baş məşqçi olduğu vaxt qeydə alınıb.
Qeyd edək ki, “Real” sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Volfsburq”a uduzun - 0:2.
Fanat.Az