"Real" rəhbərliyi fikrini dəyişdi

"Real" rəhbərliyi fikrini dəyişdi

"Real Madrid"lə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatan Marselonun yayda klubdan ayrılacağı gözlənilirdi. Madrid təmsilçisinin futbolçuya yeni müqavilə təklif etmək fikrində olmadığı bildirilirdi.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real" rəhbərliyinin planları dəyişib. 

Son məlumata görə, klub 34 yaşlı braziliyalı müdafiəçini daha bir il saxlamaq istəyir.

Marselo 2007-ci ilin yanvarından "Real Madrid"də çıxış edir. Bu mövsüm o, komandasının heyətində bütün turnirlərdə 17 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər