"Real" qələbə qolunu vurmamışdan öncə qayda pozulmuşdu"

"Real" qələbə qolunu vurmamışdan öncə qayda pozulmuşdu"

"Napoli"nin baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Real Madrid"ə 2:3 hesabı ilə məğlub olduqları matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:

"Heç-heçə daha ədalətli nəticə olardı, amma futbol belədir. Biz çox güclü rəqiblə eyni səviyyədə mübarizə apardıq. Öz səhvimizdən qol buraxmağımızı problemə çevirmək niyyətində deyiləm. Hesab 1:1 olandan sonra açıq futbol oynadıq. Həmin vaxt rəqibi sıxmağa çalışmamalıydıq. Digər tərəfdən, komandanın ikinci hissədəki çıxışı xoşuma gəldi. Biz də qələbə qazana bilərdik. Onlar künc zərbəsindən qələbə qolunu vurmamışdan öncə qayda pozuntusuna yol vermişdilər. Ançelotti penaltidən danışacaq, biz isə həmin epizoddan".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər