“Real” penaltilərlə finalda!

“Real” penaltilərlə finalda!

İspaniya superkubokunda ilk yarımfinal qarşılaşması keçirilib.

Fanat.Az xəbər verir ki, ilk oyunda “Real”la “Valensiya” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid təmsilçisi finala vəsiqə qazanıb.

Digər yarımfinal oyununda “Betis” və “Barselona” komandaları qarşılaşacaqlar.

İspaniya superkuboku Yarımfinal 11 yanvar

Real – Valensiya 1:1 (penaltilər 4:3) Qol: Benzema, 39-pen – S.Lino, 46.

12 yanvar

23:00. Betis - Barselona

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər