"Real"ın koronavirus pandemiyası səbəbindən yaranan böhran vəziyyəti ilə bağlı planları məlum olub.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" oyunçuların maaşlarını kəskin şəkildə azaltmağı planlaşdırmır. Maksimum 10% azalmadan söhbət gedə bilər.
Madrid klubunun rəhbərliyi mövcud vəziyyətin iqtisadi təsirlərini qiymətləndirəcək və təhlillər əsasına yekun qərar qəbul edəcək.
Qeyd edək ki, "Barselona"da futbolçuların məvacibləri 70% azaldılıb.
Fanat.Az