Neymar "Real”a keçməyə razılıq verib.
Fanat.Az "Football Espana”ya istinadən xəbər verir ki, keçid Madrid təmsilçisinə 300 milyon avroya başa gələcək. Mənbənin iddiasına görə, indiki klubu PSJ-yə "Barselona”dan 222 milyon avroya transfer olunan braziliyalı "Real”ın nümayəndələrinə 3 gün öncə "hə” deyib.
Ötən mövsüm Fransa çempionatında 20 matça çıxan Neymar 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az