"Real" ona görə 100 milyonundan keçəcək

"Real" ona görə 100 milyonundan keçəcək

"Mançester Yunayted”in qapıçısı David de Xeanın "Real”a keçəcəyiylə bağlı yeni xəbər yayılıb.

 

 

Fanat.Az "Don Balon”a istinadən xəbər verir ki, İspaniya millisinin qolkiperi bu yay "Old Trafford”u tərk edəcək. Mənbə de Xeanın meneceri Jorje Mendeşin "qırmızı şeytanlar”ın rəhbərliyi ilə görüşərək keçidin bütün detallarını müzakirə etdiyini və tərəflərin ortaq məxrəcə gəldiyini yazıb. Bu transfer Madrid təmsilçisinə 100 milyon avroya başa gələcək.

Qeyd edək ki, sözügedən qapıçı cari mövsüm MY-nin formasıyla 40 oyuna çıxıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər