"Real" La Liqanın 28-ci turu çərçivəsində "Eybar"la oynanılan matçda rəqib qapısına 6 zərbə vurub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu, "Real"ın cari La Liqa mövsümündəki ən pis göstəricisidi. 6 zərbədən 5-i qapı çərçivəsinə düşüb.
Madrid klubu "Eybar"ı 3:1 hesabı ilə məğlub edib. Toni Kroos, Serxio Ramos və Marselo fərqləniblər. "Eybar"ın yeganə qoluna isə Biqas imza atıb.
Aktivində 59 xal olan "Real" lider "Barselona"dan iki xal geri qalır.
Fanat.Az