"Real" Modriçlə bağlı qərarını verdi

"Real" Modriçlə bağlı qərarını verdi
"Real” yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə imzalamağa hazırlaşır.
 
Fanat.Az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün "Twitter” hesabında informasiya yayıb.
 
Məlumatda, "Real”ın Modriçlə razılaşdığı və onunla bir illik yeni sözləşmə imzalayacağı bildirilib.
 
Modriç 2012-ci ildən "Real”da çıxış edir. Xorvatiyalı yarımmüdafiəçinin hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər